BMT-dən HƏYƏCAN TƏBİLİ: 20 milyon insanı gözləyən TƏHLÜKƏ

BMT-dən HƏYƏCAN TƏBİLİ: 20 milyon insanı gözləyən TƏHLÜKƏ


BMT-nin 2022-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri hesabatına görə, Ukraynadakı münaqişə 20 milyon insanı ifrat yoxsulluğa sürükləyə bilər.

Hesabata görə, dünyada gündə 1,90 dollardan az pulla yaşayan yoxsulların sayı 2022-ci ildə 656,7 milyon nəfər təşkil edəcək.

Lakin ərzaq qiymətlərinin artması və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının “daha ​​geniş nəticələri” səbəbindən bu rəqəm 676,5 milyon nəfərə qədər arta bilər.

BMT-nin baş katibi Antonio Quterreş qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi təkcə ərzaq, yanacaq və gübrə qiymətlərinin sürətlə artmasına səbəb olmayıb, həm də “təchizat zəncirlərini və dünya ticarətini pozub və maliyyə bazarlarında problemlər yaradıb”.

Bundan əvvəl BMT sözçüsü humanitar yardım fondlarında 33 milyard dollarlıq rekord çatışmazlığın olduğunu açıqlamışdı.(Publika.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər