DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB


Avqustun 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Almalı kəndindəki növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbulu giriş nitqi ilə açan icra başçısı Əhəd Abıyev deyib: “Birmənalı olaraq bildirirəm ki, bu gün yeni reallıqlar yaradan Azərbaycan Respublikasınının Prezidentinin Dəmir Yumruğu yerindədir. Bunu heç kim, nə Ermənistan, nə müxalifət, nə də bəzi blogerlər unutmasın. Ölkəmizə ən müasir silahlar, habelə “Akınçı” müasir antiterror əməliyyatı keçirən texnika da gətirilmişdir. Hər an Azərbaycanın güclü ordusu hazırdır”.
İcra başçısı Əhəd Abıyev həmçinin çıxışında möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Almalı kəndində ötən dövrlərdə görülmüş işlər barədə geniş söz açıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsəndə bütün imkanlar nəzərə alınmaqla, əhalinin məşğulluğunun təmin edilməsi və rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra Əhəd Abıyev vətəndaşların müraciətlərini dinləyib.
Sakinlər kəndə qaz və yeni su xəttinin çəkilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
İcra başçısı Əhəd Abıyev sakinlərin müraciətləri ilə bağlı əlaqədar qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Almalı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ALMALI KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər