Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb

Revanşist ermənilər də Qarabağdakı vəziyyətlə barışmağa başlayıb


Ermənistan parlamentinin müxalifət “Ermənistan” blokunun bir qrup deputatı Xankəndidə səfərdədir.

“Hraparak” xəbər verir ki, müxalifəti təmsil edən Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarına səfər edərkən Zabux və Laçında köçürülən ermənilərlə görüşləri planlaşdırsa da, onlar Zabuxun icma rəhbəri ilə görüşü olub. Erməni deputatlar bu gün Xankəndidə görüşləri nəzərdə tutulub.

Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır, ola bilsin ki, maneələrin yaranacağından qorxurlar.

Bu mövqe onların yaranmış vəziyyətlə hesablaşması deməkdir.

Səfərdən anlaşılır ki, seprataçı-terrorçu Robert Köçəryanın lider olduğu “Ermənistan” bloku da yaranmış vəziyyət və Azərbaycanın gücü qarşısında boyun əyir. Belə olmasaydı, o zaman onlar haray-həşir salaraq gündəm yaratmağa çalışardılar.

Onu da qeyd edək ki, bir neçə gün öncə Serj Sarqsyanın lideri olduğu “Şərəfim mənim” blokunun deputatı Tiqran Abramyan da Xankəndidə olub.

Köçəryan tərəfdarlarının Xankəndinə bu səfəri manipulyasiya xarakteri daşıyır. Köçəryan, Sarqsyan tərəfdarları da yaxşı anlayırlar ki, Cənubi Qafqazda proseslər onların maraqlarına uyğun şəkildə deyil, tamamilə başqa səmtdə, Azərbaycanın yaratdığı geosiyasi reallığın diktə etdiyi şərtlərə uyğun formada gedir. Bundan əlavə avqustun əvvəlində “Qisas” əməliyyatı nəticəsində Azərbaycan ordusu Qarabağın qərb hissəsində ən strateji yüksəklikləri ələ keçirməklə mənəvi-psixoloji cəhətdən qarşı tərəfi basqı altına salıb. Yəni istənilən yanlış hərəkət orada yaşayan separatçı ermənilər üçün baha başa gələ bilər. Ona görə də revanşistlər Xankəndinə səfər etməklə həm real vəziyyətlə yerində tanış olmağa çalışır, həm də görüntü yaradıb, gələcəklərini sığortalamaq istəyirlər. Yaranmış duruma görə Paşinyan hakimiyyətini xəyanətkarlıqda ittiham etməklə məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar.

Çünki bilirlər ki, sabah ermənilər baş verənlərə, üzləşdikləri faciələrə görə, onlardan hesab soracaq. Ancaq onu da unudurlar ki, baş verənlərə görə gec-tez bu separatçı-terrorçu, revansişt köçəryanlar, sarqsyanlar, balasanyanlar, ohanyanlar və digərlərindən hesab sorulacaq. Bunu erməni xalqı etməsə də, Azərbaycan xalqı bu hesabı mütləq soracaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər