Səfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilir

Səfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilir


Ağsu çayda mühafizə bəndi tikilir

Səfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilir


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan suvarma sistemləri idarələri regionlarda istər suvarma sahəsində, istərsə də yaşayış və əkin sahələrinin sel sularından mühafizəsi istiqamətində fasiləsiz və səmərəli işlər görür. Hər il olduğu kimi bu il də Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən Ağsu çayda mühafizə bəndlərinin tikintisi aparılır. Ağsu çayın sağ sahilində tikilən 1000 metr uzunluğunda olan bənd Ağsu sakininin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun görüşündə olduğu zaman etdiyi müraciəti əsasında inşa edilir.

Yeni salınan bənd vətəndaşa məxsus obyektin mühafizəsini təmin etməklə yanaşı Ağsu şəhərinin də sel sularından mühafizəsini təşkil edəcək. Hazırda işlər isə yüksək keyfiyyətlə görülür.

Son vaxtlar ölkə ərazisində aramsız yağan yağışlar nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan isə sel keçib. Yağıntının miqdarının çox olması nəticəsində Ağsu rayonunun bəzi ərazilərində dərələrdən gələn yağış suları Ağsu Suvarma Sistemləri İdarəsinin balansında olan ən böyük hidrotexniki qurğulardan birini sıradan çıxarıb. Nəticədə səkkiz kəndə suyun verilməsində fasilələr yaranıb. Ötən əsrin 60-cı illərində istismara verilən Bərkdərə akveduku uzun illər istismar olunduğundan boruların bəzi hissələrində çürümələr baş verib. Hazırda idarənin texnikaları ilə köhnə borular çıxarılaraq yeni borularla əvəzlənir.

Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Ağsu rayonunun 37000 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 1000 km-ə yaxın suvarma kanalından istifadə olunur. İdarənin suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir su anbarıdır.

Səfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilirSəfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilirSəfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilirSəfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilir
Səfər Məmmədov: Ağsu çayda mühafizə bəndi tikilir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Səfər Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovdur.

Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Səfər Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Səfər Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Səfər Məmmədovdan danışdılar yaxşı ki, Səfər Məmmədov Ağsu Suvarma Sistemləri İdarəsinin rəisidir… Səfər Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Səfər Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Səfər Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səfər Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səfər Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səfər Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səfər Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Səfər Məmmədov özünü doğruldub. Bizdə hörmətli Səfər Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov - Şəhid ailələri və qazilər hərtərəfli qayğı ilə əhatə olunublar. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən müstəqil və dinamik inkişaf edən bir dövlətdir. Xüsusilə ölkəmizin iqtisadi inkişafının bariz təzahürlərini son illər respublikanın rayon və bölgələrində gedən mütərəqqi proseslərdə, o cümlədən həyata keçirilən abadlıq-quruculuq işlərində, insanların rifahının yüksəlişində müşahidə edə bilirik. İşğaldan azad edilmiş ərazilərin potensialı ölkə iqtisadiyyatının ümumi inkişafına böyük töhfələr verəcək və Azərbaycan daha güclü, daha zəngin olacaq. Bu gün isə həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Əminliklə demək olar ki, ən qısa zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına aid olan bölgələrimiz də ölkənin digər regionları kimi, sürətli inkişaf yoluna qədəm qoyacaqlar.

Qeyd olunmalıdır ki, son illər respublikanın rayon və bölgələrində gedən dinamik inkişaf ilk növbədə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının nəticəsidir. Məhz bu proqramın icrası sayəsində son illər ərzində bütün rayonlarımızda böyük abadlıq-quruculuq işləri aparılıb, irimiqyaslı infrastruktur layihələri həyata keçirilib, uzun illərdən bəri insanları narahat edən sosial-məişət və digər problemlər aradan qaldırılıb. Həmçinin bu illər ərzində rayon və kəndlərimizdə elektrik təchizatı, qazlaşdırma, içməli su, yol infrastrukturu, rabitə və digər bu kimi sahələrdə önəmli layihələr həyata keçirilib. Bütün rayonlarda yeni xəstəxanalar, məktəblər, idman kompleksləri inşa olunub, parklar salınıb.

Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində rayon və bölgələrdə işsizlik probleminin həlli ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu baxımdan təbii ki, ölkədə sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən qayğı və diqqət əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, rayon və bölgələrə sahibkarlar cəlb olunmalıdırlar. Dövlət başçısı bu məqsədlə yeni təyin olunmuş icra hakimiyyəti başçılarını daha aktiv olmağa, sahibkarlığın inkişafı üçün mövcud şəraiti daha əlverişli etməyə çağırdı.

Təbii ki, Prezidentin çıxışında vətəndaşlara və ilk növbədə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi məsələsi xüsusi olaraq vurğulandı. Dövlət başçısı bir daha qeyd etdi ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, sağlamlığını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər və bunu heç kimin unutmağa haqqı yoxdur. Buna görə də hər bir dövlət məmurunun, hər bir vətəndaşın borcudur ki, onlara arxa, dayaq olsun. Həqiqətən də bu gün Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına böyük diqqət və qayğı göstərməkdədir. Bu kateqoriyaya aid olan insanların məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillərin, fərdi evlərin, minik maşınlarının verilməsi prosesi indi də davam etdirilir. Şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əlbəttə ki, rayon icra orqanlarının nümayəndələri də bu kateqoriyadan olan insanlara qayğı göstərilməsini hər zaman diqqətdə saxlamalı, onların problemləri ilə maraqlanmalı, məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında onlara dəstək olmalıdırlar. Bu gün Azərbaycan qalib ölkə, Azərbaycan xalqı isə qalib xalqdır! Bu qürur və şərəfi bizə bəxş edən insanlara qayğı da bizim hamımızın borcudur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər