ABŞ-dan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq

ABŞ-dan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq


ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını müxtəlif strateji obyektlərə bomba qoyulması xəbərləri fonunda Yerevanda bir sıra yerlərə getməməyə çağırıb.

Bu barədə ABŞ-ın İrəvandakı səfirliiynin yaydığı məlumatda deyilir.

“Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fövqəladə hallar xidmətləri Zvartnots hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Assambleyada bomba təhlükəsi ilə bağlı araşdırma aparır. Zəhmət olmasa, bu yerlərdən qaçın və gələcək hadisələr üçün bizi izləməyə davam edin”, - səfirliyin saytında yerləşdirilən mesajda deyilir.

Son günlərdə tez-tez metro stansiyalarına, Zvartnots hava limanına, o cümlədən ən mühüm hərbi və mülki obyektlərin minalanması və partlayıcı qurğu yerləşdirilməsi barədə FHN-ə və aidiyyatı qurumlara məlumatlar daxil olur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər