Kamran Nəbizadə: “Azərbaycan Sənaye Korporasiyası”nın reallaşdırdığı layihələr gələcəkdə ölkə iqtisadiyyatına müsbət təsirlərini göstərəcək

Kamran Nəbizadə: “Azərbaycan Sənaye Korporasiyası”nın reallaşdırdığı layihələr gələcəkdə ölkə iqtisadiyyatına müsbət təsirlərini göstərəcək



Azərbaycanda iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılıb. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Korporasiyanın fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Fəaliyyət müddəti ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin açılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kamran Nəbizadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadədir.

Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib. 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib . 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 1998-ci ildən 2003-cü ilə qədər "Lukoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub. 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 01 noyabr 2015-ci il tarixində Qazax rayonu 107 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilmişdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Kamran Nəbizadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Kamran Nəbizadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Kamran Nəbizadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Kamran Nəbizadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Kamran Nəbizadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Kamran Nəbizadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Kamran Nəbizadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Kamran Nəbizadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Kamran Nəbizadə özünü doğruldub. Bizdə hörmətli Kamran Nəbizadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər