Almaniyada ehtiyatda olan kömürlə işləyən elektrik stansiyaları işə salınıb

Almaniyada ehtiyatda olan kömürlə işləyən elektrik stansiyaları işə salınıb


Almaniyada əvvəllər söndürülmüş, lakin gözləmə rejimində qalan ilk kömür elektrik stansiyaları qaz təchizatı çatışmazlığı fonunda yenidən işə başlayıb.

Bu barədə “DPA” agentliyi Federal Şəbəkə Agentliyinə istinadən məlumat yayıb.

Elektrik stansiyası Hannover yaxınlığında yerləşir və Çexiyanın EPH konserni tərəfindən idarə olunur.

İyulun 14-də federal hökumət yaşıl enerjiyə keçidin bir hissəsi kimi əvvəllər bağlanmış kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa etməyə icazə verib. Bu, Almaniyanın kifayət qədər qaz almadığı şəraitdə daha çox elektrik enerjisi istehsal etmək üçün lazımdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər