Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşov rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir

Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşov rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir



Valeh Qaraşov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Valeh Qaraşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşovdur.

Kürdəmir rayon Mil-Muğan Kollektorlar idarəsinin müdiri Valeh Qaraşov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərini suvarma suyu ilə tam təmin etmək üçün Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam edir. Bu məqsədlə 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69526 hektar suvarılan ərazisindəki kənd təssərüfatı əkinlərinin və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub və suvarma hazırda davam edir. Rayonda suvarma öz axını və mexaniki üsulla aparılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hazırda suvarma kanallarında lildən təmizləmə işləri davam edir. İdarənin balansında olan kanallar bir-neçə istiqamətdə lildən təmizlənir.

Hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır. Fermerlər əkdikləri məhsulun bəhrəsini görmək üçün aqrotexniki qulluqla yanaşı vaxtlı vaxtında suvarmanı da aparmalıdır.

Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 14 ədəd Sudan İstifadəedənlər birlikləri fəaliyyət göstərirki, bu da bütün suvarılan sahələri əhatə edir. 2022-ci il üçün ayrı-ayrı Sudan İstifadəedənlər birlikləri üzrə suvarma planları və suvarılan sahələrin planları tərtib olunub. Bu il suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunaraq kanallar üzərində yerləşən hidrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb. İdarə tərəfindən bu il də torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Beton üzlüklü kanallar isə su itkisini minimuma endirir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər