Qarabağdakı əhali Rusiyanı "düşmən dövlət" kimi görürmüş - Erməni nankorluğu

Qarabağdakı əhali Rusiyanı "düşmən dövlət" kimi görürmüş - Erməni nankorluğu


Musavat.com "Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu"na istinadən xəbər verir ki, Qarabağda yaşayan erməni əhalisi Rusiyanı "dost olmayan ölkələr" sırasında görürmüş.

Bu barədə "İnstitut" ərazidə keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Məlumatın maraqlı yekun hissəsi var: "Artsaxda (DQR) 44 günlük müharibədən sonra Rusiyanı Ermənistan üçün dost ölkə hesab edənlərin sayı demək olar ki, iki dəfə azalıb. Üstəlik, Rusiya dost olmayan ölkələr siyahısında Türkiyə və Azərbaycandan sonra üçüncüdür".

Xankəndi erməniləri Azərbaycan dövlətinə müraciət etdi: "Bizi vətəndaşlığa qəbul edin, işləyək"

Bu da belə: tipik erməni nankorluğu hadisəsidir. Onları yoxdan var edən, Ermənistan adlı dövlət quran, Qarabağa köçürdüb, orada məskunlaşdıran bir faktora dönük çıxıblar.

Niyə? Tarixdə ilk dəfə olaraq Putin Rusiyası Ermənistanın və ermənilərin əvəzindən "türklərə qarşı" döyüşməyib, 44 gün seyrçi qalıb...

Nə deyək, düşmənçilikləri daha da artsın, dostluqları bitsin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər