İş yoldaşını öldürüb soyuducuda gizlətdi - Bakıda 24 il əvvəl törədilən qətl

İş yoldaşını öldürüb soyuducuda gizlətdi - Bakıda 24 il əvvəl törədilən qətl


Bakıda 24 il əvvəl qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılanistintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər