DAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB

DAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB


İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) icrasının təmin edilməsi məqsədilə Daşkəsən rayonun Quşçu kəndində və Daşkəsən qəsəbəsində əhali arasında maarifləndirmə aparılıb.

Maarifləndiməni Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin baş məsləhətçisi Nüsrət Süleymanov və həmin Şöbənin böyük məsləhətçiləri Elmin Paşayev və Ramida Süleymanova ilə birgə Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Lətif Mirzəyev, Məhəmməd Zeynalov və Asim Zülfəli keçiriblər.

Maarifləndirmə tədbiri həmçinin Daşkəsən rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.

Əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılıb.





Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBDAŞKƏSƏNDƏ QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər