Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTO

Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTO


Paytaxtda yerləşən bir sıra marketlərdə sərinləşdirici içkilərin günəş şüaları altında saxlanılmasına dair redaksiyamıza fotolar göndərilib. Şikayətçi isti havalarda plastik qablarda, həmçinin dəmir qutulardakı içkilərin bu şəraitdə saxlanılmasının insan sağlamlığı üçün təhlükəli ola biləcəyini deyərək, belə hallara qarşı tədbir görülməsini istəyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı qanunvericilikdə xüsusi bir müddəa yoxdur:

“Lakin az miqdarda mallar istisna olmaqla bütün ərzaq malları, xüsusən də sənaye üsulu ilə istehsal olunmuş mallar hamıısı soyuq zəncir şəraitində istehlakçının masısına gəlib çıxmalıdır. Təəssüf ki, soyuq zəncir prinsipi pozulur, mallar təhlükəli bir vəziyyətə gəlir. Qida T əhülkəsizliyi Agentliyi gərək ciddi iş aparsın ki, bu halların qarşısı alınsın. Lakin təkcə AQTA bunun öhdəsindən gələ bilməz. Düşünürəm ki, biznes qrumları öz məsuliyyətlərini unutmamamlıdırlar. Dövlətin biznes qurumları üçün yaratdığı qeyri-adi toxunulmazlıq şəraitindən sui-istifadə edirlər. İstehlakçıların hüquqlarını pozaraq məhsulları təhlükəli mala çevirirlər. Bu, yolverilməzdir.

Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTO


İsti yay aylarında kimyəvi reaksiyalar sürətlənir, isti temperatur kimyəvi reaksiyalar üçün katalizator rolunu oynayır. Xüsusilə də plastik qablarda olan məhsullar təhlükəli vəziyyətə gəlir. İnsanlar belə malları almaqdan imtina etməlidir. Bakı Şəhər İcra Hakimiyyəti bu işə xüsusi nəzarət etməlidir. Çünki küçə ticarətinə onlar nəzarət edirlər. Lakin, görünür, həmin icra hakimiyyəti qurumları ilə biznes qurumlar aarsında dırnaqarası dostluqlar var ki, belə hallar baş verir. Gərək bütün cəmiyyət belə hallara qarşı mübarizə aparsın. Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır”.

Tibb eksperti, professor Adil Qeybulla da Ölkə.Az-a açıqlamasında deyib ki, plastik materiallar günəş şüası altında qida ilə reaksiyaya girmə imkanına malikdir:

“Xüsusilə də plastik qablardan toksik maddənin ifraz olunması günəş şüaları altında güclənir. Bu da plastik qablaşdırmadakı mayelərin və qida maddələrinin tərkibinə neqativ təsir edə bilər.
Ümumiyyətlə qida maddəsinə ən təsirsiz vasitə şüşədir. Amma günəş şüalarına birbaşa məruz qaldıqda istənilən halda ərzaq məhsulunun saxlanması məqsədəuyğun deyil. Ərzaqlar yalnız və yalnız sərin yerə saxlanılmalıdır. Digər tərəfdən hazırda plastik qablardan imtina məsələsi gündəmdədir. Ona görə də mümkün qədər bu materiallardan istifadə məhdudlaşdırılmalıdır” – mütəxəssis əlavə edib.

Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTO


Azərbaycan Qida Təhülkəsiliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması vacibdir:

“İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur.
Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır”.

Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTO


Agentlikdən həmçinin bildirilib ki, AQTA qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün bu kimi yerlərdə mütəmadi monitorinqlər həyata keçirilir:

“Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, eləcə də məhsulların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun saxlanması, daşınması və satışının həyata keçirilmədiyinə dair məlumatları olarsa, bu barədə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.

Sudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTOSudan gələn bəla: Onlara kim nəzarət etməlidir? - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər