İslam İsmayılov: Heç kim şübhə etməsin: sözümüzün sahibiyik

İslam İsmayılov: Heç kim şübhə etməsin: sözümüzün sahibiyik


Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov - 15 iyul 2022 -ci il tarixdə Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı. Cənab Prezident bütün sahələrdə ölkəmizin uğurla inkişaf etdiyini bildirdi: “Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik".

30 ilə yaxın müddətdə Qarabağımız talan edildi, şəhərlərimiz, kəndlərimiz viran qoyuldu. Biz qısa zaman ərzində əzəli torpaqlarımızda böyük işlər görmüşük, şəhər və kəndlərimiz əvvəlkindən də gözəl hala gətirilir. Bunların hamısını öz gücümüzlə, heç bir köməklik olmadan həyata keçirməyimiz məhz Prezident İlham Əliyevin düzgün və uğurlu siyasətinin bəhrəsidir. Hələ bundan sonra daha çox işlər görüləcəkdir. Qarabağımızı yer üzündəki cənnətə çevirəcəyik. Zəfər yolu, Beynəlxalq Hava Limanları kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması müharibədən çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya göstərdi. Qısa zaman ərzində bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Heç kim şübhə etməsin, biz öz sözümüzün sahibiyik. Bir zamanlar “işğal altında olan yurdumuza qayıdacağıq” deyəndə bizə inanmayanlar indi Qarabağda görülən böyük işlərin şahidi olurlar.

Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf edib.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. İki ildən artıq müddətdə dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, xüsusi karantin rejimində yaşadığımızı, bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək edib. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Daxili Qoşunlar 25 ildir ki, Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir V.Eyvazov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər