DAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB


İyulun 18-də keçirilmiş səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Əhəd Abıyev sakinləri salamladıqdan sonra çıxışında deyib:

- İyulun 15-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə möhtərəm Prezident cənab İlham Əliyev ötən dövrdə ölkəmizdə bütün sahələr üzrə əldə olunmuş uğurları diqqətə çatdırmış və qarşıda duran vəzifələri qeyd etmişdir.

Eyni zamanda müşavirədə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev vurğulamışdır ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Prezident cənab İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırmışdır.

İcra başçısı Əhəd Abıyev çıxışında bildirib ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Daşkəsən Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Keçirilən bugünkü görüşün də məqsədi kənd sakinlərini narahat edən məsələlərin həlli, vətəndaşların narahatlığına səbəb olan problemlərin öyrənilməsi, daxili imkanlar hesabına yerində aradan qaldırılması, ehtiyac olduğu halda Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırılmasıdır.

Əhəd Abıyev ötən dövrlərdə ərazidə aparılmış geniş abadlıq-quruculuq işləri barəsində də danışıb. Xüsusilə qeyd edib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikilməsi, davam edən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması işləri, Qabaqtəpə-Astaf yolunda inşa edilmiş yeni iki ədəd müasir böyük körpü, Güneykənd kənd tam orta məktəbinin modul tipli yeni binası, ərazinin elektriklə bağlı problemlərinin tamamilə aradan qaldırılması və digər mühüm tədbirlər ölkə başçısı cənab İlham Əliyevin Daşkəsən rayon əhalisinə hər zaman göstərdiyi diqqət və qayğının nəticəsidir.

Qəbul zamanı son illər rayonda görülən işlərdən danışan kənd sakinləri abadlıq və quruculuğun Güneykənd kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işləri, vətəndaşlara olan səmimi münasibəti razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Güneykənd sakinləri onlara daim göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


DAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNİN GÜNEYKƏNDİNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər