Kərəm Həsənov: Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq

Kərəm Həsənov: Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov - Bütün islam dünyası qarşıdan gələn müqəddəs qurban bayramını qarşılamağa hazırlaşır. Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər. Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur və ölkədə yaşayan bütün dini azlıqlara, onların bayramlarına və adət-ənənələrinə hörmət olunur. Ölkəmizdə yaşayan istənilən dinə inanan insan onun burada hər hansı ayrı seçkiliyə məruz qaldığını deyə bilməz. Tarixə nəzər saldığımız zaman isə sovet dönəmində təbliğ olunan ateizimlə əlaqədar olaraq insanların öz etiqad və inanclarından məhrum buraxıldığını, müqəddəs bayramlarını qeyd edə bilmədiklərini, ibadət etməkdən məhrum buraxıldığını görürük. Bütün bunlar Azərbaycan xalqının mənəvi kimliyini unutmasına səbəb ola bilməmiş, müstəqilliyimizin bərpasından sonra insanların etiqad azadlığı təmin olunmuş, Ramazan bayramı və Qurban bayramı kimi müsəlmanlar üçün müqəddəs hesab olunan günlər rəsmi bayram günləri kimi təqvimə daxil edilmiş, insanların bayramı rahatlıqla qeyd edə bilmələri üçün qeyri-iş günləri kimi nəzərdə tutulmuşdur. Hər il hər iki müqəddəs bayramın qeyd olunması çərçivəsində müxtəlif dövlət tədbirləri keçirilir, müstəqilliyin bərpasında insanların rahat etiqad etməsi üçün ölkədə yüzlərlə məscid açılmış, sovet dövründə baxımsız qalmış məscidlər və diniibadətgahlar təmir olunmuşdur.

İslam inanclarına görə İbrahim peyğəmbərin oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olduğu bir zamanda Allah tərəfindən qurban vermək üçün qoç göndərilməsindən sonra qeyd olunmağa başlayan Qurban bayramı Allaha inanaraq qurban verilən hər şeyin bir xilası ola biləcəyinə işarədir. Fikrimcə İbrahim peyğəmbər hər nə qədər də oğlunu qurban verməyə hazır olsada Allahın onu xilas edəcəyinə içində inam olub və bu onun inamının imtahanı olub. Din tarixi keçərkən müəllimizin insanların hər zaman nəyəsə inanmağa ehtiyacı olduğunu dediyini xatırlıyıram. İndi daha yaxşı anlıyıram ki, insanın inamı və ümidi olmasa yaşaya bilməz.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. İyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı bir daha ölkəmizin qarşıdakı dövr üçün hədəflərinə, qurumun gələcək inkişafı ilə bağlı üzv dövlətlərin qarşısında dayanan vəzifələrə işıq saldı.

Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur. Dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, bu fonda inkişafın davamlılığının prioritetliyini nəzərə alsaq Qoşulmama Hərəkətının sıralarında birləşdirdiyi 120 üzv ölkənin hər birinin bu hədəfə hansı töhfəni verə biləcəyi geniş müzakirə olunan məsələlər sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməyə, vahid mövqedən çıxış etməyə çağırış etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.

Azərbaycanın quruma sədrliyi dövründə həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək bu prosesin aydın ifadəsini görə bilərik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildi və Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü. Diqqət yetirsək görərik ki, bu illər dünyada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı və tarixi Zəfərə imza ataraq onun yaratdığı reallıqları qəbul etdirmək istiqamətində addımlar atdığı dövr kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizənin qlobal problem olduğunu önə çəkərək ona qarşı birgə mübarizənin vacibliyini bəyan etdi. Türk Şurasının ardınca Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bunun reallığa çevrilməsinə nail oldu. Həmçinin bü müddətdə quruma üzv dövlətlərin dəstəyi əsasında qəbul edilən qərara əsasən BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan daim regionda və dünyada hədəflərə nail olmaq üçün səylərin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Hətta bir-birinə əks qütblərin bir araya gəlməsinə nail olub. Bu, ölkəmizin beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınmasından irəli gəlir. O da məlumdur ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə etmişdir ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Azərbaycanın ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin 120 üzv ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Təbii ki, bu, ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzunun göstəricisidir. Hər zaman ədalətə, beynəlxalq hüquqa önəm verən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu prinsiplərin tətbiqi istiqamətində biri-birindən mühüm addımlar atdı. Cənab İlham Əliyev nitqində bu mühüm reallığı da diqqətə çatdırdı ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə, bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə də Azərbaycana dəstəyinə işıq saldı. Ölkəmizə qarşı əks-təbliğat kampaniyalarının cavablandırılmasında qurum öz fəallığını nümayiş etdirdi.

Qısa təhlil əsasında bu qənaəti qeyd edə bilərik ki, əgər hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Həmçinin beynəlxalq qurumların fəaliyyətlərində öndə saxladıqları prinsiplər sadəcə kağız üzərində qalmaq üçün qəbul olunduqda problemlər baş qaldırır. Qoşulmama Hərəkatı yarandığı vaxtdan ədalətin, beynəlxalq hüququn yanındadır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər