Bayden Qaşıqçı cinayətindən sonra ilk dəfə şahzadə Salmanla görüşəcək

Bayden Qaşıqçı cinayətindən sonra ilk dəfə şahzadə Salmanla görüşəcək


ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək.

Xarici KİV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, Baydenin səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşünə şahzadə Salman da qatılacaq.

Kirbi Baydenin Səudiyyə Ərəbistanında qatılacağı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasında Yəməndə atəşkəs, insan haqları və enerji təhlükəsizliyini gündəmə gətirəcəyini bildirib.

Səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü üçün Baydenin Salmanla üz-üzə görüşüb-görüşməyəcəyi bəlli deyildi.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyulun 13-16-da İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər