DAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİB

DAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİB


İyulun 5-də ucqar dağlıq ərazidə yerləşən Çanaqçı kəndində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulu giriş nitqi ilə açan Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev deyib:

- Birmənalı olaraq 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, güclü daxili və xarici siyasi müdrikliyi, qətiyyətli liderliyi, xalqımızın milli həmrəyliyi, ordumuzun qüdrəti, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin sücaəti sayəsində 30 il erməni işğalı altında olan Qarabağımızın ərazi bütövlüyü, tarixi ədalət bərpa edildi və Azərbaycan qalib dövlət kimi mövqeyini beynəlxalq aləmdə reallaşdıraraq təmin etdi, ölkəmiz regionda lider dövlətə çevridi.

Əhəd Abıyev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da aparılan abadlıq-quruculuq işləri, kadr islahatları, sosial-iqtisadi layihələrin icrasında əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verdikdən sonra vurğulayıb:

- Məlum olduğu kimi, bu ilin iyun ayının 10-da Daşkəsən rayonda baş vermiş güclü dağıdıcı təbii fəlakət rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, avtomobillərə, əhalinin əkin sahələrinə və mal-qarasına ciddi ziyan vurmuş, bir sıra güclü fəsadlar törətmişdir. Sel suları Çanaqçı kəndində 1 körpünü, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıtmış, 4 minik avtomobilini və 2 mikroavtobusu kənddən keçən çay sularının axınına salaraq aparmışdır.

Rayon Fövqəladə Hallar Komissiyası ilə birgə dərhal təbii fəlakət baş vermiş əraziyə gələrək ilkin lazımi köməkliyimizi göstərmiş, leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinə müraciət etmişik. Belə ki, “Azərişıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tamamilə aradan qaldırmışdır.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Çanaqçı kəndinin yaxınlığında sizlərlə görüş keçirirtdiyimiz bu yerdə yeni körpünün tikintisi ilə bağlı görülən işlərə görə AAYDA-nın idarə heyətinin sədri hörmətli Saleh Məmmədova minnətdarlığımızı bildiririk. Qəbulda iştirak edən siz sakinlər, bu yeni tikilən körpüdən tezliklə istifadə edəcəksiniz.

O cümlədən Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinin divarlarına, fundamentinə, dam örtüklərinə, eləcə də sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması ilə bağlı hörmətli cənab nazir Kəmaləddin Heydərovun tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qrup şəklində Daşkəsən rayonuna gələrək rayon FHK-nın üzvləri birgə təbii fəlakət baş vermiş kəndlərdə hər bir fərdi yaşayış evinə baxış keçirərək yerində zərər aktı tərtib etmişlər. Həmin aktın əsasında Nazirlər Kabinetinin rayona köməklik məqsədilə tapşırığı ilə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq işlər görüləcəkdir.

Güclü dağıdıcı təbii fəlakətdən ziyan çəkmiş Daşkəsən rayon sakinləri adından göstərilən diqqət və qayğıya görə hörmətli Baş Nazir cənab Əli Əsədova və hər zaman göstərilən köməkliyə görə Fövqəladə Hallar naziri hörmətli Kəmaləddin Heydərova minnətdarlığımızı bildiririk.

Sonra yerində kənd sakinlərinin müraciətləri dinlənilib.

RİH-nin başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırıqlarını verib. Bəzi müraciətlər yerində həll edilib, təbii fəlakət bağlı müraciətlər isə aidiyyəti üzrə qurumlara çatdırlıması üçün nəzarətə götürülüb.

Görüşdə çıxış edən təbii fəlakətlə bağlı ziyan çəkmiş kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.



Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBDAŞKƏSƏNDƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU RAYONDA TƏBİİ FƏLAKƏTİN BAŞ VERDİYİ ÇANAQÇI KƏNDİNDƏ KEÇİRİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər