Bu ölkədə əhaliyə ərzaq talonları paylanacaq

Bu ölkədə əhaliyə ərzaq talonları paylanacaq


Fransada təxminən 9 milyon insan ərzaq talonu alacaq. Bu, ən aşağı gəlirli ölkə sakinlərinə dəstək məqsədilə həyata keçiriləcək.

Bu barədə dövlət katibi Oliviya Qrequar məlumat verib.

“Biz hər ailəyə 100 avro və hər uşaq üçün əlavə 50 avro məbləğində təcili ərzaq yardımı göstərmək istəyirik”, - deyə o, bildirib.

Qrequar həmçinin xatırladıb ki, iyulun 6-da hökumət fransızların alıcılıq qabiliyyətinin qorunmasına dair qanun layihəsini təqdim edəcək ki, bu da xüsusilə “yüksək keyfiyyətli yerli məhsulların əldə edilməsi üçün ixtisaslaşdırılmış yoxlamaların tətbiqini” nəzərdə tutur.

Qeyd edək ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatıına görə, bu ilin yazında ölkədə inflyasiya 80-ci illərin ortaları səviyyəsinə çatıb. Bu, xidmətlər və ərzaq məhsullarının qiymətlərinin artması nəticəsində baş verib. Ən çox artım isə balıq və tərəvəzin qiymətlərində qeydə alınıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər