Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir

Gürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi aksiya keçirilir. Aksiyaçılar Baş nazirin istefasını, Milli Razılıq Hökumətinin qurulmasını tələb edirlər.

Report xəbər verir ki, təşkilatçılar hökumətə “Bidzina İvanişvilinin hökumətini devirmək” üçün bir həftəlik vaxt verib. Digər tələb Milli Razılıq Hökumətinin yaradılamasından ibarətdir.

İyulun 3-də aksiyaçılar yenidən parlamentin binası qarşısında toplaşacaqlar və tələblər yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklər.

Mitinqdə sıravi vətəndaşlarla yanaşı, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, Tbilisidə analoji aksiya iyunun 20-də baş tutub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər