Emin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların daim qayğısına qalır

Emin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların daim qayğısına qalır



Şər və Böhtan yazanlara tutarlı cavab - Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Şəmkir Mərkəzi Xəstəxanasında, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Şəmkir səhiyyəsində saxta əlillik satanlar.... - Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov və baş həkim Elçin Əliyevin əməlləri...". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov - Adı hər zaman fəxr etdiyi Azərbaycanla birgə çəkilən böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutmuşdur. Həyatını xalqının xoşbəxt gələcəyinə, güclü Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin vətən və xalq qarşısındakı xidmətlərini saymaqla bitməz. Ulu öndər Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız – azərbaycançılıq formalaşdı. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.

Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.

Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan dövlətinin banisi və dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin strategiyası bizim ardıcıl olaraq hər sahədə qələbələr əldə etməmizə hesablanmışdır. Əldə etdiyimiz bütün uğurların və qələbələrin səbəbi Heydər Əliyev yoluna və siyasətinə sadiq qalmağımız, onun dövlətçilik prinsiplərini həyatımızın amalı olaraq qəbul etməyimiz və bu yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirməyimizdir. Azərbaycan dövləti və xalqı var olduğu müddətcə dahi şəxsiyyət qəlblərdə əbədi yaşayacaq. Eyni zaman da bugünkü müstəqil Azərbaycan dövlətinə görə hər an minnətdar olacağıq.

Ulu Öndərin siyasi kursunu davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci ili Azərbaycan xalqının tarixinə qızıl hərfləri yazaraq hər bir azərbaycanlıya yeni bir həyat bəxş etdi. Onun “dəmir yumruğu” ilə düşmənin belinin qırılması müstəqil Azərbaycan dövlətini yeni bir nəfəs verdi. Bütün xalq əmindir ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə, ulu öndər Heydər Əliyevin yolu ilə gedərək gələcəkdə hələ çox uğurlara imza atacağıq!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər