Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir


ADAU-da 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. Rektor çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.

Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

Müəllimlərdən İctimai Elmlər və Multikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, tələbələrdən Gülçin Nəbizadə, Elşən Həsənli, Aygün Quliyeva çıxışlar edərək Heydər Əliyev siyasətindən, onun xalqına, Vətəninə olan sevgisindən ətraflı danışıblar.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir

Slovakiya Aqrar Universitetinin bir qrup əməkdaşı ADAU-da olub

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir


Slovakiya Respublikasının Nitra şəhərində yerləşən yeganə kənd təsərrüfatı universiteti olan Slovakiya Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Qonaqlarla görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin vacibliyini qeyd edərək, elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu bildirib.

Həmçinin, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər də müzakirə edilib.

Sonra qonaqlar Universitetin zəngin maddi-texniki bazası ilə yaxından tanış olub. Gəncə şəhərinin görməli yerlərinə də baş çəkiblər.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir

Türk tələbələrlə növbəti görüş baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir


Azərbaycan Dövlət Aqrar Unviersitetinin (ADAU) tələbə evində bu ali təhsil müəssisəsində təhsil alan türk tələbələrlə görüş keçirilib.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, Baytarlıq təbabəti fakültəsinin dekanı Famil Nəsibov və bir qrup tələbə iştirak edib.

Görüşün məqsədi qardaş ölkədən təhsil almaq üçün gələn tələbələrin sosial-məişət şəraiti, imtahan prosesi və digər məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.

Universitetin rektoru İbrahim Cəfərov türk tələbələrlə görüşlərin mütəmadi keçirildiyini bildirərək bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra tələbələrin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edirAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər