Asif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır - Onlara hər zaman maddi və mənəvi dəstəyini verir

Asif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır - Onlara hər zaman maddi və mənəvi dəstəyini verir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Asif Abdullayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

İş adamı Asif Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Asif Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan döyüş meydanında tarixi qələbə qazandı! Ali Baş Komandanımızın dediyi kimi: "İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!"

Azərbaycan xalqı şəhidlər verərək qələbə qazandı! Şəhidlər öz həyatları bahasına qələbəni təmin etdilər!
"Vətən, sənə canım fəda" hayqıraraq ölümə atılan və bir daha dönməyən minlərlə qəhrəman, Vətən analarının qucağında uyumağı seçən həmin mərd oğulları dünyaya gətirən, gözlərindən kədər yaşı axsa belə, "Vətən sağ olsun" deyən şəhid anaları haqqınızı halal edin! İş adamı Asif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır. Onlara hər zaman maddi və mənəvi dəstəyini verir.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Asif Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İş adamı Asif Abdullayevdir.

İş adamı Asif Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Asif Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Asif Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Asif Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Asif Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Asif Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Asif Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Asif Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Asif Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Asif Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İş adamı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Asif Abdullayev özünü doğruldub. Bizdə hörmətli Asif Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Asif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır - Onlara hər zaman maddi və mənəvi dəstəyini verirAsif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır - Onlara hər zaman maddi və mənəvi dəstəyini verirAsif Abdullayev daim şəhid ailələrin və qazilərimizin yanındadır - Onlara hər zaman maddi və mənəvi dəstəyini verirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər