Vahid Ələkbərovun bankının səhmdarları növbədənkənar toplanır

Vahid Ələkbərovun bankının səhmdarları növbədənkənar toplanır


"Yelo Bank" ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

"Yığıncaq 2022-ci il iyulun 25-i saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçə si, 81k ünvanında yerləşən bankın baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi və digər məsələlər daxildir.

Qeyd edək ki, “Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılıb və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi bank lisenziyasına malik olub. 2002-ci ildə “Nikoyl” QSC və “Lukoil Azərbaycan” QSC Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilib. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlayıb. 2008-ci ilin iyul ayında “Topaz İnvestments” MMC Bankda nəzarət payı alıb. 2019-cu ilin noyabr ayında “Nikoyl Bank” ASC rebrendinq həyata keçirib və Bankın adı “Yelo Bank” ASC olaraq dəyişdirilib.

Banka birbaşa olaraq tək fiziki şəxs Vahid Ələkbərov nəzarət edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər