Türk lirəsi 9 qəpiyə düşdü - YENİ REKORD

Türk lirəsi 9 qəpiyə düşdü - YENİ REKORD


Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0989 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1,9% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 4,6% dəyər itirib.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi dünən - iyunun 8-də 0,1008 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, türk lirəsi dollar qarşısında da ucuzlaşıb və dolların məzənnəsi dünən 17 lirə həddini keçib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər