Nicat Əsgərov köhnə borclarını da ödəməyib

Nicat Əsgərov köhnə borclarını da ödəməyib












Salyan rayon Statistika İdarəsinin müdiri hələ ƏSMM-də işlədiyi dövrdən öz maxinasiyalarını “maliyyələşdirmək” üçün külli-miqdarda borc almalı olub

Bir müddət əvvəl bizimdovr.az-a saxil olmuş məlumatlarda Salyan rayon Statistika İdarəsinin müdiri Nicat Əsgərovun yarıtmaz fəaliyyətinə dair açıqlamalar təqdim olunmuşdur. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, Nicat Əsgərovun rəhbərlik etdiyi idarənin işi bir çox ciddi qanun pozuntuları ilə müşahidə olunmaqdadır. Belə ki, iddialara görə, rayonun illik statistik işlər proqramı tələb olunan şəkildə işlənib komitəyə göndərilmir. Statistik işlər proqramının yerinə yetirilməsinə dair illik hesabatda ciddi nöqsanlara yol verilir. Həm də bu nöqsanlar hesabatı tərtib edən şəxslərin səhvi ucbatından deyil, birbaşa idarə müdirinin göstərişi ilə yer alır. Məlumatı təqdim edən mənbə bu vəziyyəti belə izah edir ki, Nicat Əsgərov rayonda özünə yaxın olan idarə və müəssisə rəhbərləri üçün müsbət statistika hazırladır. Təbii ki, bu “yaxınlıq” özünün konkret maddi təzahürlərini aşkar edirsə. Əksinə, idarə müdiri ilə münasibətləri kifayət qədər “səmimi” olmayan məmurların rəhbərlik etdikləri müəssisə barədə hesabatlarda qeyri-qənaətbəxş statistika təqdim olunur.

Aldığımız məlumatlar əsasında ötən saylarımızdan birində dərc etdiyimiz məqalədə biz artıq göstərmişdik ki, Nicat Əsgərovun fəaliyyəti əslində bizə onun hələ Salyan rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsində işlədiyi vaxtlardan tanışdır. Belə ki, həmin dövrdə də redaksiyamıza daxil olan çoxsaylı şikayət ərizələrində ƏSMM direktorunun müxtəlif özbaşınalıqlarndan doğan etirazlar öz əksini tapırdı. Açıqlamalarda bildirilirdi ki, Nicat Əsgərovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Xüsusi olaraq məlumatlarda vurğulanırdı ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu Nicat Əsgərov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Salyan ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə uzun müddət davam etmişdi. Həmçinin o dövrdə aldığımız məlumatlara görə, məhz Nicat Əsgərovun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirdilər. Redaksiyamıza daxil olan açıqlamalarda vurğulanırdı ki, Salyan ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur.

Digər tərəfdən isə, bir müddət əvvəl ölkə mətbuatında yayımlanmış məlumatlarda Nicat Əsgərovun plastik kartlar vasitəsilə həyata keçirdiyi maxinasiyaların mexanizmi barədə bəzi maraqlı açıqlamalar da öz əksini tapmışdı. Bu xüsusda mətbuata müraciət etmiş vətəndaş F.Qasımova öz ərizəsində Salyan rayon Statistika idarəsinin müdiri Nicat Əsgərovun ona 367 min manat məbləğində borcu olduğu barədə iddia irəli sürmüşdü. Məlumatda deyilirdi ki, şikayətçinin ƏSMM-də çalışdığı dövrdə Nicat Əsgərov da həmin mərkəzdə ünvanlı sosial yardım sektorunun müdiri vəzifəsində işləyib. F.Qasımova bildirirdi ki, sektor müdiri ünvanlı sosial yardımların “öz payına düşən” hissəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki havadarı ilə də 50-nin 50-yə prinsipi əsasında bölüşürdü. Amma nazirlikdəki məmurun şərtlərinə görə, Nicat Əsgərov plastik kartları yuxarı instansiyadan təhvil almaq üçün bu kartlara ilk üç ay ərzində yüklənəcək məbləğlərin cəmini bir dəfəyə, toplam şəkildə öz havadarına verməli idi. Bu isə bir il ərzində verilən bütün kartlara görə 200-300 min manat təşkil edirdi. Bax elə bu zaman da, Nicat Əsgərov borc almaq üçün F.Qasımovaya müraciət edirmiş…

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər