Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib

Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib


Mayın 31-dən iyunun 2-dək Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Daşkəsən rayonun Quşçu kəndində uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən və “Sağlam gələcək” devizi altında təşkil olunan aksiyada rayonun Quşçu, Çovdar, Çaykənd və digər yaşayış məntəqələrinin azyaşlı sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Quşçu kəndində yüksək səviyyədə təşkil olunan aksiya yerinə gələrək tibbi müayinənin gedişatı ilə maraqlanıb, həkimlərlə görüş keçirib, bu xeyirxah və nəcib işə görə təşəkkürünü bildirib.

Bakı Sağlamlıq Mərkəzinin cərrahiyə, pediatriya, terapiya, endikrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkimlər heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laboratoriya müayinələrindən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.

Aksiyanın birinci günündə Daşkəsəninin şəhid və qazi ailələrinin üzvləri də müayinə prosesinə cəlb ediliblər.

Layihə çərçivəsində nağıl qəhrəmanları və cizgi filmi personajlarını canlandıran animatorlar tərəfindən uşaqlar üçün əyləncəli oyunlar keçirilib, azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə olunub.

3 gün ərzində ümumilikdə 600-dən çox uşaq tibbi müayinədən keçirilib.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

Humanitar məsələlər şöbəsinin müdir müavini




Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər