Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib

Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib


İyunun 3-də Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti konfransında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Respublika Ağsaqqallar Şurasının mətbuat xidmətinin katibi Rafiq Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, rayon ağsaqqalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Konfrans ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etməklə başlayıb.

Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov qonaqları, konfrans iştirakçılarını salamladıqdan sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından başda Respublika Ağsaqqallar Şurasının sədri hörmətli Eldar Quliyev olmaqla ən xoş arzularını çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev həmişə ağsaqqallara və ağbirçəklərə diqqətlə yanaşıb. Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə söylədiyi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamı yaşlı nəslə verilən ən yüksək qiymətdir. Bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həmin ənənə uğurla davam etdirilir. Cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac var. Daşkəsən rayon ağsaqqalları da bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə edirlər. Namiq Süleymanov Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bundan sonra da onlara xoşməramlı, məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov isə çıxışında Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş söhbət açıb.

Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində Şuranın gördüyü işlər barədə ətraflı məlumat verib.

Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Bakir Qurbanov, Tofiq Qəmbərov, şəhid atası Etibar Cəfərov və şəhid anası Qızbəs Abbasova çıxış edərək Rayon Ağsaqqallar Şurası tərəfindən hesabat dövründə dəyərli təşəbbüslərin qaldırıldığını, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox məsələlərin həllinə nail olunduğunu vurğulayıblar.

Müzakirələrdən sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

Humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilib
Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat konfransı keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər