Əliyevlə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - Video + Yenilənib

Əliyevlə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - Video + Yenilənib


Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak edirlər.

"İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana gəldilər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək festival barədə məlumat verdi, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” festivalının təşkilinə görə minnətdarlığını ifadə etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim etdilər.

Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Sancar xatirə fotosu çəkdirdilər.

Dövlət başçılarına və Əziz Sancara “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyələri təqdim olundu.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirdilər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdirdilər.

Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış oldular.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər