Beyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏL

Beyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏL


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Asif Ağayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Asif Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Asif Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Asif Ağayevdən danışdılar yaxşı ki, Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub… Asif Ağayev öz isguzarlığı ilə tanınır və seçilir….

Asif Ağayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Prezident İlham Əliyevdən nümunə götürən Asif Ağayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Asif Ağayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Asif Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Asif Ağayev özünü doğruldub. Bizdə hörmətli Asif Ağayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şəhid Məmmədov Emin Fazil oğlunun ailəsi ziyarət olunub

Beyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏL


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatının məsul əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəhbərliyi İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Emin Fazil oğlunun ailəsinə onun doğulduğu Birinci Şahsevən kəndində baş çəkib.
Görüşdə Asif Ağayev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını vurğulamışdır.
İcra başçısı A.Ağayev şəhid ailəsinin üzvləri ilə söhbət aparmış, onları narahat edən problemlərlə maraqlanmışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Məmmədov Emin də daxil olmaqla torpaqlarımızın azadlığı uğrunda canından keçən Birinci Şahsevən kəndindən olan şəhidlərin məzarları ziyarət olunmuş, ruhlarına ehtiram əlaməti olaraq dualar oxunulmuşdur.
Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn Məmmədov Emin Fazil oğlu 1997-ci ilin noyabr ayının 10-da rayonun Birinci Şahsevən kəndində anadan olub. Hərbiçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Emin N saylı hərbi hissələrin birində hərbiçi kimi fəaliyyətə başlamışdır. 3 ay sonra isə Vətən Müharibəsi başlayan zaman Emin də döyüşlərə qatılmış və döyüş yolu Füzuli, Cəbrayıl və Hadrutdan keçmişdir. Emin bu döyüşlərdə saysız qəhrəmanlıq nümunəsi göstərərək düşməni döyüş yoldaşları ilə birlikdə məhv etdi. Lakin noyabrın 3-ü onun son döyüş günü oldu. Daşaltı uğrunda gedən şiddətli döyüşdə Emin şəhidlik zirvəsinə ucaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Beyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏLBeyləqan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər