Xocalı qatilləri Azərbaycana verilə bilər

Xocalı qatilləri Azərbaycana verilə bilər


Ermənistan mətbuatı Brüssel görüşü ilə bağlı maraqlı bir iddia ilə çıxış edib.

"Teleqraf.com bildirir ki, iddiaya görə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyandan Birinci Qarabağ Savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onların Azərbaycana təhvil verilməsini tələb edib.

Məlumatda o da qeyd olunur ki, hətta Azərbaycan Prezidenti Şarl Mişelə bu tələbdən imtina etməyəcəyini bildirib.

"Hraparak" qəzetinin yazdığına görə, İlham Əliyevin Nikol Paşinyandan tələb etdiyi şəxslər generallar Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan və Qnel Manukyandır.

Bundan başqa, daha bir neçə polkovnik və polkovnik leytenantın da Azərbaycana təhvil verilməsini istəyib.

Qeyd edək ki, adları sadalanan erməni generallarından yalnız Qnel Makukyan 44 günlük müharibədən az sonra ölüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər