Bayram Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Bayram Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bayram Zeynalov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bayram Zeynalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bayram Zeynalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bayram Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bayram Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bayram Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bayram Zeynalov özünü doğruldub. Bizdə hörmətli Bayram Zeynalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Ağsu rayon Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsininin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalov - Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tabe olan dövlət qurumudur və bu quruma 1994-cü ildən polis general-mayoru cənab Ramiz Zeynalov rəhbərlik edir. Qeyd edək ki, xalqımızın ulu öndəri, mərhum prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində BDYPİ böyük inkişaf yolu keçdi, dövlətimizin mühüm təsisatlarından biri olaraq lazımınca formalaşdı, təşkilati cəhətdən daha da möhkəmləndi. Bu gün isə, ölkə rəhbəri İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı sayəsində adı çəkilən bu dövlət qurumu fəaliyyətini getdikcə təkmilləşdirir, nailiyyətlərini artırmaqda davam edir. Bir sözlə, hal-hazırda BDYPİ-nin tabeli qurumlarında çalışan yol polisi əməkdaşları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edib, hüquqazidd əməllərin qarşısının alınmasında, yol hərəkəti qaydalarının təmin olunmasında vətəndaş cəmiyyəti ilə əlaqələrini getdikcə möhkəmləndirirlər. Əhalinin müxtəlif təbəqələri ilə, ələlxüsus kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlərini həyata keçirirlər. Artıq bu sahədə çalışan hər bir əməkdaş insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqətlilik və s. onların fəaliyyətində əsas istiqaməti olaraq qəbul olunmuşdur. Hal-hazırda BDYPİ-nin bütün tabeli sturukturlarında yol hərəkəti qaydalarının təmin edilməsi məqsədilə qanunvericiliklə müəyyən olunmuş vəzifələr uğurla yerinə yetirilir və inzibati xətaların, digər hüquqpozmaların qarşısının alınması istiqamətində əməli addımlar atılır. Ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə, hər bir yol polisi əməkdaşına operativliyi artırmağa imkan verir. Fəaliyyətini qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri əsasında quran BDYPİ əməkdaşlarının peşə hazırlığı, bu gün də göz önündədir.

Faktdır ki, hal-hazırda Respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması qarşımızda duran əsas vəzifələrdən biri hesab olunur. Yəni, ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanunu çox mühüm sənəd hesab olunur. Qəbul olunmuş bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri geniş əksini tapmış, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar geniş yer almışdır. Bu gün də ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi sahəsində lazımi addımlar atılır və bu işdə beynəlxalq təcrübədən lazımi səviyyədə istifadə olunur. Bəli, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması olduqca önəm kəsb edən faktorlardan biridir. İldən-ilə nəqliyyat vasitələrinin artdığı bir vaxtda yolların əsaslı təmir olunması, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili və hərəkət iştirakçıları tərəfindən qaydalara əməl olunması və s. hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm amil hesab olunur.

Bir faktı da qeyd edək ki, illər öncə bir çox sürücülər görünməni məhdudlaşdıran “plyonkalar”dan, əcaib səslər çıxaran siqnal qurğularından, istifadəsi qadağan olunmuş texniki vasitələrdən istifadə edirdilər. Bu cür halların varlığı, məhz yol polisi sahəsində yaşanan dözülməz vəziyyətin varlığından xəbər verirdi. Çox keçmədi ki, belə bir əməllərə qol qoyan sürücülərə, avtoşluq edənlərə, həmçinin yol hərəkəti qaydalarını pozanlara və digər qanunsuzluq əməllərinə qol qoyanlara qarşı sərtləşdirilmiş cəza tədbirlərinin gücləndirilməsinə başlanıldı. Sözsüz ki, atılan addımların hər birinə cənab Ramiz Zeynalovun şəxsən nəzarət etməsi, mövcud problemlərin qısa zaman kəsiyində aradan qaldırılmasına imkan verdi. Qeyd edək ki, verilmiş tapşırıqlardan sonra yol polisinin şəxsi heyyəti bu yöndə səfərbər olundular ki, bu da son anda hər cür neqativ amillərin aradan qaldırılması ilə nəticələndi. Unutmaq olmaz ki, 1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən, polis general-mayoru cənab Ramiz Zeynalovun atdığı təkmil addımlar, verdiyi müvafiq tapşırıqlar, məhz bu sahədə əldə olunan uğurların əhatə dairəsini daha da genişləndirdi.

Bir sözlə, bu gün hər kəs təsdiq edə bilər ki, illər öncə xoşagəlməz amillərin varlığı yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin aradan qaldırılacağına əksəriyyətin inamı yox idi. Bütün bunlara baxmayaraq, illər keçdikcə yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi. Yəni, zaman keçib illər bir-birini əvəzlədikcə, yol polisi sahəsində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, bu sahədə idarəçiliyin fərqli forması tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı atdıqları addımlarla bağlı lazımi maarifləndirmə tədbirləri həyata keçirildi, onların əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, yol hərəkəti qaydalarının tənzimlənməsi, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər avadanlıqların yol kənarlarına quraşdırılması, ekoloji tarazlığın qorunması, lazımi təminolunmaların həyata keçirilməsi və s. tam şəkildə başa çatdıqca, yol polisi sahəsində ümumi ab-hava da dəyişməyə başladı. Əldə olunan uğurların əhəmiyyəti ilə bərabər, kəmiyyəti də yeni dövrün tələblərinə uyğunlaşdırıldı. Bu gün hər kəs təsdiq edə bilər ki, vaxtilə yol polisi sahəsində mövcud olmuş problemlər son beş-altı ildə tədricən aradan qaldırıldı, həlli vacib olan məsələlər həllini tapdı. Sözsüz ki, belə bir addımların atılmasında, ilk öncə cənab Ramiz Zeynalovun xarakterik xüsusiyyətinin göstəricisi, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, ən əsası bir vətəndaş olaraq özündə cəmləşdirdiyi potensialın göstəricisidir. Belə bir səbəblər üzündəndir ki, bu gün tam əksəriyyət ona hörmət-izzət bəsləyir, dərin ehtiramlarını çatdırırlar.

İnanırıq ki, polis general-mayoru cənab Ramiz Zeynalov ona həvalə olunmuş vəzifənin dolğun şəkildə yerinə yetirilməsində bundan sonra da səylə çalışacaq və xalqına, doğma Vətəninə sədaqətlə xidmət edəcək. Bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən bu şəxsin keçdiyi şərəfli və mənalı ömür yollarını sübuta yetirən halların varlığıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər