Keşlədə etirazlara səbəb olan gecə klubu fəaliyyətini dayandırdı

Keşlədə etirazlara səbəb olan gecə klubu fəaliyyətini dayandırdı


Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsinin bir qrup sakini qəsəbənin Şəhidlər xiyabanının yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər. Klubun qarşısına toplaşan sakinlər bunu xiyabanda uyuyan şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirərək sözügedən obyektin bağlanmasını tələb ediblər.

"Nizami RİH Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən “Qafqazinfo”ya obyektin bağlandığı bildirilib: “Hazırda həmin obyektin fəaliyyəti dayandırılıb. Lakin bağlanıb-bağlanmayacağı ilə bağlı daha dəqiq məlumatı hüquq-mühafizə orqanları verə bilər”.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ barədə açıqlamasında hüquq çərçivəsində tərəfləri narahat edən halların araşdırıldığını və hüquqi qiymət veriləcəyini bildirmişdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər