Aralıq dənizi 700 qaçqının canını aldı

Aralıq dənizi 700 qaçqının canını aldı















Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər

Ötən həftə Aralıq dənizində bir neçə gəminin batması nəticəsində 700-dən çox miqrant həlak ola bilərdi.

Bu barədə BMT-nin Qaçqınlarla İş Agentliyi məlumat yayıb.

Söhbət dənizdə üzmək üçün yararsız olan gəmilərlə Avropaya çatmağa can atan qaçqınlardan gedir, deyə, Aentliyin mətbuat katibi Karlotta Semi AP-yə bildirib.

Həmin şəxslərdən 100 nəfərə yaxınının mayın 25-də, daha 550 nəfərin isə növbəti gün baş verən qəzada öldüyü ehtimal edilir.

Üçüncü gəmi qəzası isə mayın 27-də baş verib, Semi bildirib. 135 nəfəri xilas etmək mümkün olub, dənizdən 45 cəsəd çıxarılıb. Həmin qayıqdan olan naməlum sayda miqrant iktin düşmüş sayılır.

“Bu qorxunc rəqəmləri üst-üstə qoysaq, bizim hesablamalarımıza görə, ən azı 700 nəfər – qurbanların sayı və adları barədə dəqiq rəqəmlər yoxdur”, - deyə, mətbuat katibi bildirib.

Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər