İrəvanda SSRİ bayrağı: “Müstəqil Ermənistan tərəfdarları getdikcə azalır” - VİDEO

İrəvanda SSRİ bayrağı: “Müstəqil Ermənistan tərəfdarları getdikcə azalır” - VİDEO


İrəvanda “Moskva Evi” adlanan mərkəzin damında Sovet İttifaqının qırmızı bayrağı, çəkic və oraq dalğalanır.

“hrparak xəbər verir ki, İrəvan meriya ilə üzbəüz binanın damında isə Sovet İttifaqının bayrağı var.

“Moskva Evi”nin direktoru Vahram Karapetyan, o qədər irəli gedib ki, 30 il əvvəl Ermənistanı Sovet İttifaqından müstəqil olaraq yenidən Sovet İttifaqının tərkibində təsəvvür edirdi. Bu, Vahram Karapetyanın və onun kimi digər rusiyapərəst dairələrin əsas məqsədi öz müstəqilliklərindən imtina edib yenidən ittifaq dövlətində yaşamaq istəklərinə açıq mesajdır”, nəşr yazır.

“Hraparak” həmçinin bildirir: “Bu gün Sovet İttifaqının dağılmasından əziyyət çəkənlər Ermənistanı yenidən Rusiyanın başçılıq etdiyi ittifaq dövlətinin bir hissəsi kimi görmək istəyirlər. Təəssüf ki, bizdə azad və müstəqil Ermənistan tərəfdarları getdikcə azalır. Bəziləri artıq Ermənistan və “artsax”ı Türkiyə və ya Azərbaycanın, bəziləri isə Rusiya və ya yeni Sovet İttifaqının bir hissəsi kimi təsəvvür edirlər. bütün bunlar isə Ermənistanın faktiki olaraq müstəqilliyini itirilməsinə dəlalət edən amillərdir”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər