Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb


Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir.

İclasın gündəliyinə 9 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;

2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;

3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;

4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;

5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında;

6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;

7. MDB-də turizmin təşkilinin əsasları haqqında;

8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;

9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər