Putin sərt tədbirlərə əl atacaq – ABŞ kəşfiyyatı

Putin sərt tədbirlərə əl atacaq – ABŞ kəşfiyyatı


ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha ​​da gərginləşəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns deyib.

Hayns bildirib ki, Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq:

“Çünki Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib. Bu vəziyyət Vladimir Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər. O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.

O qeyd edib ki, Putinin nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür:

“Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır. Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər