Rusiya sığınacağı bombalayıb, 600-ə yaxın insan ölüb - "Associated Press"

Rusiya sığınacağı bombalayıb, 600-ə yaxın insan ölüb - "Associated Press"


71-ci gündən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinin ən dəhşətli günlərindən biri, şübhəsiz ki, Mariupolda sığınacaq kimi istifadə edilən teatrın bombalandığı gündür.

Ukrayna mətbuatı xəbər verir ki, istintaqın məlumatına görə, bağda kiril hərfləri ilə “uşaqlar” yazılsa da, martın 16-da Rusiya raketlərinin hədəfi olan bunkerdə 600-ə yaxın insan həyatını itirib.

Ukrayna hökuməti hücumdan sonra müharibə cinayətləri ilə bağlı araşdırmalara başlayıb.
Hücumdan təxminən bir həftə əvvəl teatrın quruluşçu rəssamı bombardmanların qarşısını almaq üçün binanın hər iki tərəfinə ağ boyadan “uşaqlar” sözünü kiril hərfləri ilə yazdırıb. Sağ qalanlar bombalar partlayan zaman teatrın içərisində təxminən 1000 adamın olduğunu təxmin edirdilər, lakin bir çoxları çıxışa yalnız 200-ə yaxın adamın çatdığını söylədi.

Bütün şahidlər bildiriblər ki, ən azı 100 nəfər binanın qarşısında quraşdırılmış mətbəxdə olub və onlardan heç biri partlayışdan sağ çıxmayıb. Şahidlər hesab edir ki, Rusiyanın guya Mariupol teatrını sökməsi və sonradan cəsədləri məhv etmək cəhdləri onların hərbi cinayətlərini “gizlətməyə” çalışdıqlarına işarə ola bilər.

"Associated Press"in araşdırmasına görə, hücumda 600-ə yaxın adam həlak olub. Bu, əvvəlki ölənlərin sayından təxminən iki dəfə çoxdur. Beləliklə, Mariupol teatr hücumu müharibədə mülki şəxslərə qarşı ən ölümcül hücum oldu və eyni vaxtda ən çox mülki şəxsin öldürüldüyü hücum kimi tarixə düşüb.

Son məlumatlara görə, teatrın ətrafı Rusiya qüvvələri tərəfindən nəzarətə götürüldüyü üçün bina tamamilə dağıdılıb. İçəridə demək olar ki, heç bir cəsəd olmadığından bəzi şahidlər yüzlərlə cəsədin rus əsgərləri tərəfindən yandırıldığını və ya eksqumasiya edildiyini ehtimal edirdilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər