Şəmkir Rayonunda silsilə tədbirlər davam edir

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


Rəşad Tağıyev Çaparlı sakinləri ilə səyyar qəbul-görüş keçirib

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Çaparlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.

İcra başçısı qəbuldan öncə Çaparlı kəndindən olan şəhidlərin məzarlarını ziyarət edib, önünüə gül dəstləri düzüb. Rəşad Tağıyev daha sonra şəhid Elbrus Hüseynovun xatirəsinə ucaldılan abidə komleksində görülən işlərlə maraqlanıb, şəhidin ailə üzvləri ilə görüşüb.

Rəşad Tağıyev abidə komleksi ilə tanışlıqdan sonra RİH başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə kənd ictimaiyyəti ilə görüş keçirib.

Rəşad Tağıyev sakinlərlə söhbətində ilk öncə xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar haqqında danışıb.

İcra başçısı daha sonra cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.

Daha sonra sakinlər fərdi şəkildə qəbul olunub, qaldırdıqları məsələlər müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Şəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edir
Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


İcra başçısı vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən RİH-in, idarə, müsəssisə və təşkilatların nümayəndələrinə tapşırıqlar verib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, sosial təminat və digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.

Onu da bildirək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları keçirilən bütün qəbullarda növbədənkənar iştirak edirlər.

Şəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edir
Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Şəmkir məktəblilərinin Şəmkir Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlayıb

Şəmkir Rayonunda silsilə tədbirlər davam edir


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Şəmkir məktəblilərinin Şəmkir Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlayıb.

Bu dəfə Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbin 7-ci sinif şagirdləri Şəmkir Heydər Əliyev Mərkəzində yerləşən muzey kompleksi ilə tanış olublar.

Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Şəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edirŞəmkir Rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər