Zelenski ölümdən necə xilas olduğunu açıqladı: "Partlayışlar başladı, uşaqları oyatmağa getdik..."

Zelenski ölümdən necə xilas olduğunu açıqladı: "Partlayışlar başladı, uşaqları oyatmağa getdik..."


Ukrayna Prezidenti Volodimir Zelenski "Time" jurnalına müsahibəsində müharibənin ilk günü yaşadıqlarından danışıb.

Xarici KİV xəbər verir ki, o müsahibəsində özü və ailəsi içəridə olarkən rus qoşunlarının prezident iqamətgahına iki dəfə hücum etdiyini deyib.

Ukrayna lideri Rusiya qüvvələrinin işğalın ilk saatlarında onu ələ keçirib öldürməyə necə yaxınlaşdığından da danışıb.

Zelenski fevralın 24-ü səhərə işarə edərək, ilk bir neçə saatla bağlı xatirələrinin çoxunun fraqmentlərdən ibarət olduğunu etiraf edib. Ukraynalı liderin sözlərinə görə, bombardman başlayandan sonra o, həyat yoldaşı Olena Zelenska ilə birlikdə 17 yaşlı qızı və doqquz yaşlı oğluna evlərini tərk etməyə hazırlaşmağı söyləyib:
"Biz onları oyatdıq. Səs-küylü var idi. Partlayışlar olurdu".

Ukrayna ordusu Zelenskiyə bildirib ki, Rusiya hücum qrupları onu və ailəsini öldürmək və ya ələ keçirmək üçün Kiyevə paraşütlə enib. Zelenskinin baş qərargah rəisi Andrey Yermak baş verənlərin dəhşətini belə təsvir edir:
“O gecədən əvvəl biz belə şeyləri ancaq filmlərdə görürdük” - Yermak deyib.

Kiyevdəki prezident iqamətgahında iki həftə qalan jurnalist Saymon Şusterlə müharibənin ilk günündə gecə çökdüyündən hökumət məhəlləsində silahlı toqquşmalar olduğunu yazıb:

“Kompleksdəki mühafizəçilər işıqları söndürüb, Zelenski və onun təxminən onlarla müavini üçün gülləkeçirməz jiletlər və avtomatlar gətiriblər”.

Növbəti gecə, daha təhlükəsiz mühit təklifini, o cümlədən mühacirətdə hökumət qurmağa imkan verəcək ABŞ və Britaniya qüvvələrinin təxliyəsini rədd etdikdən sonra Zelenski telefonuna video mesaj yazmaq üçün həyətə çıxıb. Bu mesaj müharibənin sonrakı günlərində hamı tərəfindən paylaşıldı və dünyada ən çox baxılan videolardan birinə çevrildi.

Həmin an Zelenski müharibədəki rolunu həqiqətən dərk etdiyini söyləyib:

"İzlədiklərini başa düşürsən. Sən simvolsan. Dövlət başçısı kimi davranmalısan".

Həmin məşhur mesajda Zelenski özünü xilas etmək istəyən ABŞ Prezidenti Co Baydenə müraciətində belə demişdi:

“Sağ olun, cənab Prezident. Amma mənə qaçmaq lazım deyil, ölkəmi müdafiə etmək üçün mənə silah və sursat lazımdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər