Ukrayna son sutkada məhv etdiyi Rusiya hərbi texnikalarının sayını AÇIQLADI

Ukrayna son sutkada məhv etdiyi Rusiya hərbi texnikalarının sayını AÇIQLADI


Rusiya-Ukrayna müharibəsi 62-ci gününə qədəm qoyub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada məhv edilən Rusiya hərbi texnikalarının sayını açıqlayıb.

"Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən on hava hədəfi vurulub: üç təyyarə, dörd əməliyyat-taktiki PUA və üç qanadlı raket.

Son 24 saat ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 6 hücumu dəf edilib, dörd tank, beş artilleriya sistemi, on üç ədəd zirehli texnika, on beş ədəd motorlu nəqliyyat vasitəsi, iki tanker və bir zenit silahı məhv edilib".

Həmçinin qeyd edilib ki, Xerson vilayətinin Velika Oleksandrivka qəsəbəsi ərazisində Ukrayna müdafiəçiləri döyüş sursatı anbarını və düşmənin çoxlu sayda canlı qüvvəsini məhv ediblər (70-dən çox insan həlak olub).Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər