Ara Ayvazyan: "Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir"

Ara Ayvazyan: "Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir"


"Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması çox çətin olacaq. Bu, uzun prosesdir, regionumuzda təhlükəli vəziyyət mövcuddur".

Bunu Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında deyib.

"Biz hər addımı yüz dəfə ölçməli, sonra onu atmalıyıq. Yenə deyirəm, indi geosiyasi avantüra bizim üçün çox təhlükəlidir”- sabiq nazir qeyd edib.

44 günlük müharibədən sonra bölgədə yaranmış duruma aydınlıq gətirən sabiq nazir deyib ki, müharibədən sonra gedən geosiyasi proseslərin davam etdiyinə nəzər salsaq proseslərin təkcə Ermənistan-Azərbaycan oxunda getmədiyini və daha ciddi olduğunu görərik.

"Gedən proseslərdə Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsi kimi görünür. Lakin buna baxmayaraq gələcək geosiyasi proseslər konteksində bir çox məqamlar Ermənistanın da mövqeyindən asılıdır"- sabiq nazir qeyd edib.

O əlavə edib ki, bu baxımdan prosesləri təhlil etsək, o zaman proseslərin təkcə müharibə ilə bitmədiyini göstərir: "O baxımdan ətrafımızda baş verən proseslərə nəzər salmaq lazımdır".

Sabiq nazir Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı sualı cavablandırarkən qeyd edib ki, ağ və qara arasında seçim etməyə çalışmamalısınız: "Əminəm ki, diplomatiya yolu ilə həqiqətən çox çətin olan bu vəziyyətdə ağlabatan addımlarla minimumu təmin edə bilərik".

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı sualı cavablandıran Ara Ayvazyan deyib ki, dialoq aparmaq lazımdır.

Xatırladaq ki, Ara Ayvazyan 2020-ci il noyabrın 18-də xarici işlər naziri təyin edilib, 2021-ci il mayın 27-də isə istefa verib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər