Baba Rzayev: Qarabağ ölkəmizin öz imkanları hesabına bərpa olunaraq günü-gündən inkişaf edəcək

Baba Rzayev: Qarabağ ölkəmizin öz imkanları hesabına bərpa olunaraq günü-gündən inkişaf edəcək


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev - Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində atılan addımlardan və onların uğurlu nəticələrindən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən, Azərbaycanın sosial-iqtisadi yüksəlişindən və inkişafı şərtləndirən amillərdən geniş bəhs etmişdir. Cari ilin 3 ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib. Ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır. Ölkənin hərtərəfli inkişafında əsas amillərdən olan iqtisadi tərəqqi sosial-iqtisadi göstəricilərdə özünü qabarıq şəkildə büruzə verir.

Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bərpa işlərinə başlanılıb. “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”, - deyən Prezidentimizin tapşırıqları bu gün uğurla icra olunur.

Azərbaycan dövləti heç kimdən bir manat belə dəstək almamışdır. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. İşğaldan azad olunan ərazilərimiz nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaq, vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq və orada rahat, firavan yaşayacaqlar.

İşğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Artıq bir neçə yol layihəsinin icrası tamamlanıb. Ötən il Füzulidən mədəniyyət paytaxtımız olan Şuşaya çəkilən 100 kilometr uzunluğunda Zəfər yolunun istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Hazırda Şuşaya aparan ikinci avtomobil yolunun (Əhmədbəyli-Füzuli-Şuşa), bu yol üzərində inşa olunan tunelin və körpülərin tikintisi də intensiv şəkildə davam etdirilir. Həmçinin Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yolunun və təxminən 4 kilometrlik tunelin inşası da sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasının digər mühüm bir istiqamətini dəmir yollarının inşası təşkil edir. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi aparılır. Bu yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının yaradılması istiqamətində də işlər aparılır. Bir sözlə, Qarabağımızı cənnətə çevirəcəyik.

44 günlük müharibəni zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Artıq Azərbaycanın regionda yaratdığı yeni reallıqlar aparıcı təşkilatlar tərəfindən beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Bundan sonrakı dövrdə də Azərbaycanımız daha da qüdrətlənəcək, dünyada nüfuzu daha da artacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər