Əlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılır

Əlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılır


Biləsuvar rayon 45 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əlirahim Kazımov - “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq Biləsuvar şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə nəzərdə tutulmuş layihənin icrasına 2012-ci ildə başlanılmışdır.Layihəyə əsasən 2013-cü ildə şəhərin içməli su təchizatı sistemi yenidən qurularaq əhalinin istifadəsinə verilib. Lakin kanalizasiya sisteminin qurulması işləri müəyyən qədər görülsə də başa çatdırılmayaraq icrası 2017-ci ildə dayandı.Görülən işlərin yarımçıq dayandırılması uzun illər ərzində əhalinin ən çox narazılıq etdiyi sahələrdən biri olmuşdur. Ayrı-ayrı küçələrə çəkilmiş yardımçı xətlərin bir çoxu magistral xətlə birləşdirilmədiyindən əhalinin qanunsuz olaraq bu xətlərə qoşulması ilə çirkab suları küçələrə axaraq infeksiya mənbələri yaradırdı.Bundan əlavə boruların çəkilişi zamanı yolların asfalt örtüyü dağıdılması nəticəsində şəhərin bir çox yollarında gediş-gəliş üçün ciddi problemlər yaratmışdı.
Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ildən edilən müraciətlər əsasında Azərsu ASC tərəfindən 2021-ci ildə yarımçıq qalmış işlərə yenidən start verildi.Görülən işlərin davamı olaraq yardımçı xətlərdə yeni nasoslar quraşdırıldı və yeraltı borular magistral xətlə birləşdirildi.2020-2021-ci illər ərzində kanalizasiya sisteminin tikintisi ilə əlaqədar şəhərin Nizami küçəsində 450 metr, Heydər Əliyev küçəsində 600 metr yarımçıq qalmış ana xətt çəkilmişdir. Hazırda sistemə xidmət edən 3 ədəd nasos stansiyasının tikintisi davam etdirilir və ayrı-ayrı küçələrdə kənarda qalmış abonentlərin xətləri quraşdırılır. Bundan əlavə qazılan yollarda kipləşdirmə işləri aparılaraq asfalt örtük döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yaxın günlərdə yolların asfaltlaşdırılması işlərinə başlanacaqdır.


Əlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırƏlirahim Kazımov: Biləsuvarda əhalini narahat edən problemlər aradan qaldırılırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər