İkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib - Azərbaycan Dövlət Aqrar Universiteti

İkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib - Azərbaycan Dövlət Aqrar Universiteti


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası baş tutub.

Görüşün məqsədi 2022-2023-cü tədris ilində ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetindən gələcək müəllimlərin seçimi, birgə əməkdaşlığın qiymətləndirilməsi, karyera planlanması üzrə görüləcək işlər və digər gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetin rektoru, professor Necdet Budak, Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı Banu Yücel və digər əlaqəli şəxslər iştirak ediblər.

Çıxış edən İ.Cəfərov Ege Universitetinin rektoru N. Budakı yenidən rektor seçilməsi və Ege Universitetinin tədqiqat universiteti statusu alması münasibətilə təbrik edib. Rektor, bundan sonrada birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb.

Necdet Budak ikili diplom proqramının icrasından məmnunluğunu ifadə edib. O, ADAU-da dərs tədris edən Ege Universitetinin müəllimlərinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Həmçinin, qarşıda duran məsələlər və gələcək perspektivlər barədə məlumat verib.

Nicat Məmmədli və Emin Əliyev çıxışlarında ADAU və EGE Universiteti arasında həyata keçirilən ikili diplom proqramının iki qardaş ölkə arasında da kənd təsərrüfatı əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyini bildiriblər.

Sonda gündəlikdə duran məsələlər müzakirə olunub.


İkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib - Azərbaycan Dövlət Aqrar Universitetiİkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib - Azərbaycan Dövlət Aqrar UniversitetiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər