Şərəfli vəzifəyə yiyələnən İlham Mirzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən İlham Mirzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır


AzTU ilə “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərəfli vəzifəyə yiyələnən İlham Mirzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır


Tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru əməkdar elm xadimi, professor Vilayət Vəliyev, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev, universitetin və cəmiyyətin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev cəmiyyətin fəaliyyəti və qarşıya qoyulan vəzifələri haqqında məlumat verərək, bu vəzifələrin icrasında mərkəzi istilik təchizatı sahəsində birgə tədqiqat və təcrübənin təşkilini ölkədə istilik təchizatının inkişafına dair dövlət proqramları və milli fəaliyyət proqramlarında yer almış, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə birgə fəaliyyətin əhəmiyyətlərini qeyd etmişdir.

AzTU-nun rektoru Vilayət Vəliyev ölkəmizdə istilik təchizatı sektorunun son illər daha da inkişaf etdiyini deyib. Memorandumun əhəmiyyətindən danışan rektor bildirib ki, bu cür əməkdaşlıqların yaradılması universitet-sənaye işbirliyinin inkişafına töhfə verəcək.

Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev və “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Sənədə əsasən, tərəflər universitetin tədris planlarının və proqramlarının təkmilləşdirilməsi, tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində əməkdaşlıq edəcək. Memorandumda, həmçinin istilik təchizatı sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, tələbələrin texnoloji yeniliyi dəstəkləyən bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-də birgə fəaliyyətin həyata keçirilməsi və digər məsələlər də əks olunub.

*****

"Azəristiliktəchizat" ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. "Azəristiliktəchizat" ASC-nin strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 511 nömrəli 27 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir və mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22 İstilik Sistemləri İstismar Sahəsindən, 51 vahid regional İstilik Sistemləri İstismar Sahəsindən, gücü 807 Qkal/saat olan 5 Rayon istilik qazanxanası, gücü 1501,2 Qkal/saat olan 530 məhəllədaxili istilik qazanxanası, 94 istilik məntəqəsi, 870 km-ə yaxın istismar edilən magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyalarından ibarətdir. Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, qəza təmir, istilik mübadilə və su hazırlığı, qaz təsərrüfatı, nəqliyyat xidmətləri və mexaniki təmir sexi fəaliyyət göstərir. Cəmiyyətin Yasamal və Xətai rayonları ərazisində texniki bazaları mövcuddur, baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Mərkəzi Dispetçer xidməti və “Çağrı mərkəzi” fasiləsiz fəaliyyətdədir. Hazırda Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. 31 dekabr 2018-ci il tarixə işçilərin siyahı sayı 2773 nəfər, o cümlədən daimi işçilər 1563 nəfər, mövsümü işçilər 1210 nəfər təşkil edir.

*****

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlham Mirzəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevdir.

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Mirzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Mirzəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
İlham Mirzəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İlham Mirzəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Mirzəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Mirzəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Mirzəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Mirzəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azəristiliktəchizat” ASC kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Mirzəliyev özünü doğruldub. Bizdə hörmətli İlham Mirzəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər