Oğurluq və soyğunçuluq edən şəxslər tutuldu

Oğurluq və soyğunçuluq edən şəxslər tutuldu


Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

"Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4 000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs tutulub.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər