Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir

Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir


Dövlət Təhlükəsizliyi Orqanlarınlın yardıllmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir


Dövlət Təhlükəsizliyi Orqanlarınlın yardıllmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
28 mart 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik etmiş və xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdi ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 103-cü ildönümünü xidmətdə qazandığı mühüm uğurlarla, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərlə, dövlətin və xalqın böyük etimadı ilə qeyd edir. RİH başçısı bildirmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayon şöbəsinin rəisi Elçin Məmmədov Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranması haqqında ətraflı məlumat vermiş, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nin xüsusi rolunu nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti Hərbi əks-kəşfiyyat baş idarəsinin şöbə rəisi Sərxan Sadıqov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarının tarixindən danışaraq ulu öndər Heydər Əliyevin Azərbaycan DTK-nin sədri təyin olunması ilə Azərbaycanlı kadrların hazırlanması istiqamətində ciddi addımların atıldığını diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda Dövlət Təhlükəsizlik orqanlarinin xalqın mənafeyinə uyğun fəaliyyət göstərməsi, onun sıralarında milli kadrların yetişdirilməsinə böyük qayğısı sayəsində bu orqan indi dövlətin konstitusion quruluşunun etibarlı dayağına çevrilmişdir.
Sonda DTX Xocavənd Rayon Şöbəsinin bir neçə əməkdaşı Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunmuşdur.

Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir
Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir


YAP Xocavənd rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası keçirmişdir

Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir


“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və partiya fəalları Vətən müharibəsində şəhid olmuş Tağıyev Elzamin Eyvaz oğlunun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlandılar.
Qeyd edək ki, Tağıyev Elzamin Eyvaz oğlu 8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə qatılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır. 27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılaraq, 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədirXocavənd Rayonunda “Şəhid ailələrinə qayğı” daim diqqət mərkəzindədir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər