Qasım Qasımov: Möhtəşəm Qələbənin ikinci baharı

Qasım Qasımov: Möhtəşəm Qələbənin ikinci baharı


Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımov - Müqəddəs el bayramı olan Novruza bir neçə gün qalmış bölgələrimizə güclü qar yağdı. Ulularımız deyiblər ki, “qar bərəkətdir, bolluqdur, ruzidir, sağlamlıqdır !” Təbiətin əbədi qanunları ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Əminik ki, yazın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, bolluq və bərəkət rəmzi olan Novruz xalqımıza xoş günlər gətirəcək.

Əcdadlarımızdan bizə miras qalmış Novruz bayramı Azərbaycanın özü qədər qədim tarixə malikdir. Bu əziz bayramımız müxtəlif zamanlarda qadağalara, təqiblərə məruz qalsa da öz gözəlliyini, milliliyini qoruyub saxlamışdır. Minillərin çətin sınaqlarından mərdliklə çıxan xalqımız mənəviyyatın təntənəsinə xidmət edən milli dəyərləri daim uca tutmuşdur. Şər qüvvələr zaman – zaman xalqımızı tarixi keçmişindən, adət - ənənələrindən, milli – mənəvi dəyərlərindən uzaqlaşdırmağa çalışsalar da buna nail ola bilməmişdir.

Əsas amalı Azərbaycanın davamlı inkişafını, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etmək olan Ulu Öndər Heydər Əliyev milli dəyərlərimizi həmişə diqqət mərkəzində saxlamışdır. Ulu Öndər Heydər Əliyev bu bayramı milli ideologiyalarımızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli Lider Novruz bayramının xalqımızı tarixən bütövləşdirən, onun birliyini, böyüklüyünü nümayiş etdirən əziz, milli bir bayram kimi səciyyələndirmişdir.

1991-ci ildə müstəqillik qazanan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr Novruzun əsl xalq bayramı kimi qeyd edilməsinə imkan vermədi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi faciələr aradan qaldırıldı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, anarxiyaya, özbaşnalığa son qoyuldu. İctimai – siyasi sabitlik təmin olundu. Maddi – rifah halı ildən – ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval – ruhiyyədə qeyd etməyə başladı. Novruz bayramı dövlət səviyyəsində qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına çevrildi.

Hər bir məsələdə Ulu Öndər Heydər Əliyevin müdrik ideyalarına sadiq qalan möhtərəm prezidentimiz cənab İlam Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı uzaqgörən siyasəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu bayramı milli irs hesab edən Prezidentimiz demişdir : “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüzillərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi – mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin qazanılması bunun növbəti sübutu oldu. 30 bahar torpaqlarımızın işğaldan azad olunmasını gözləyən xalqımız Ali Baş Komandanımızın sərkərdəlik məharəti, Müzəffər Ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində torpaq həsrətinə son qoydu. Prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində xalq – dövlət birliyi daha da möhkəmləndi və qalib gəldi.

Biz Vətən müharibəsində Möhtəşəm Qələbənin ikinci baharına qədəm qoyuruq. İkinci bahardır ki, işğaldan azad olunmuş, müqəddəs şəhidllərimizin qanı ilə suvarılmış torpaq qış yuxusundan oyanacaq. Ağaclar çiçək açacaq, güllər, çiçəklər rahat nəfəs alacaq, çaylar, bulaqlar çağlayacaq.

Qələbəmizin ikinci baharının qədəmləri uğurlu, torpaqlarımız bərəkətli, bağlarımız bol meyvəli olsun, ağaclarımız qurumasın ! Bulaqlarımızdan, çaylarımızdan, göllərimizdən su əskik olmasın ! Qloballaşan dünyamızda sülh, əmin – amanlıq bərpa edilsin ! Ölkələr mehriban qonşuluq şəraitində yaşasınlar !
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər