Erməni hərbçisinin "döyüş mövqeyində" meyiti tapıldı

Erməni hərbçisinin "döyüş mövqeyində" meyiti tapıldı


Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 16-da saat 21:10 radələrində cənub-şərq istiqamətindəki döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyanın meyiti aşkar edilib. Onun çənəsindən güllə yarası aldığı bəlli olub.

İlkin ehtimallara görə, o özünə sui-qəsd edib.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər