Əhəd Abıyev: Vətənimizin heç bir yerində Novruz tonqalları bir daha sönməyəcək

Əhəd Abıyev: Vətənimizin heç bir yerində Novruz tonqalları bir daha sönməyəcək



Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev - Ulu Öndərimiz Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” deyimi artıq reallığa çevrilib.

Ulu Öndərimiz Heydər Əliyev dünya miqyaslı siyasi xadim, təcrübəli və qətiyyətli dövlət rəhbəri olmaqla yanaşı, milli və mənəvi dəyərlərimizə bağlı, xalqını sevən və xalqımız tərəfindən sevilən fenomen şəxsiyyət idi. İstər 1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə iqdisadi, sosial, siyasi, hərbi və diğər sahələrlə yanaşı milli və mənəvi dəyərlərimizə olduqca həssaslıqla yanaşaraq, milli bayramalarımızın, o cümlədən əsrlərdən bəri xalqımızın qan yaddşalarından süzülüb gələn Novruz bayramının ən yüksək səviyyədə qeyd edilməsinə xüsusi həssaslıq nümayiş etdirmiş və hər il Novruz şənliklərinin iştirakçsı olmuş, özünün şən zarafatları ilə xalqımızın ovqatını yüksəldərək, milli köklərimizə bağlılığımızı artırmağa nail olmuşdur.

Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə, xalqımızın təkidli tələbi ilə o dövürkü siyasi hakimiyyətin yarıtmaz fəalliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı, vətandaş müharibəsinin reallığa çevrildiyi bir dönəmdə xalqımızı və dövlətimizi düçar edildiyi bəlalardan xilas etmək üçün gəldi və qısa müddətdə özünün qətiyyətli, böyük dövlətçilik təcrübəsi, beynalxalq aləmdə malik olduğu nüfuzu və xalqla birliyi sayəsində qeyd olunan təhlükələri aradan qaldıra bildi.

Xalqınmızın tarixinə qanlı hərflərlə yazılmış “20 yanvar faciəsinə” və “Xocalı soyqırımına” parlament səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu. Millətimizin “mənəvi şikəst” olmuş övladları olan qaçqın və məcburi köçkünləri respubilkanın bir nömrəli vətandaşı səviyyəsinə yüksəltməklə, həmin insanlara münasibəti kökündən dəyişdi, vaxtaşırı onlarla görüşdü, dərdlərinə şərik oldu, qayğılarını dinlədi, imkan daxilində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair qərarlar qəbul etdi. Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasəti haqqında həqiqətləri dünyaya çatdırmaq üçün Azərbaycana səfərə gəlmiş bütün xarici dövlətlərin nümayəndələri ilə qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə görüşləri təşkil etdi.

Respubilkada mövcud olan ictimai-siyasi və hərbi vəziyyətlə bağlı gərgin iş rejiminə baxmayaraq Ulu Öndərimiz 1994-cü ildə Novruz bayramını Xocalıdan olan hər iki valideyinlərini itirmiş 25 uşaqla, Qurban bayramını isə “Qızıl-qum” sanatoriyasında müvvəqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə birlikdə keçirdi.

Milli bayramlarımızın işğal altında olan qədim yurd yerlərimizdə keçiriləcəyini əminliklə ifadə etməklə, Ulu Öndərimiz xalqımızın gələcəyə olan inamını artırmaqla ruh düşkünlüyündən xilas etməyə yönəlik siyasət aparırdı və apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edəcəyinə əmin idi. Məhz bu səbəbdən “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o bir il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belədə olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Ulu Öndərimiz Heydər Əliyevin zamanında dedikləri artıq reallıqdır.

Ulu Öndərimiz Heydər Əliyevin müyyənləşdirdi siyasi kursu uğurla davam etdirən cənab Prezdentimiz İlham Əliyevin bütün sahələrdə, o cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət, xalq-iqtidar birliyi milli arzu və istəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırıldı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu və xalqımızın zədələnmiş milli qururu bərpa edildi. Xalqımız digər tədbirlərlə yanaşı milli bayramımızı, o cümlədən Novruz bayramı Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə qeyd edilir. Artıq ikinci ildir Novruz tonqalları işğaldan azad edilmiş ərazilərdə qalanır. Əminəm ki, Vətənimizin heç bir yerində Novruz tonqalları bir daha sönməyəcək. İlbəil bu tonqaların sayı artacaq və alovu daha yüksəklərə ucalacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər